Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR | 14:07 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik cinayətdə detallar | 13:47 Güclü külək qarşısında köhnə binalar nə dərəcədə təhlükəsizdir? – AÇIQLAMA | 13:42 Həcc ziyarətində yeni xidmətlər, yeni qiymətlər - AÇIQLAMA | 13:36 Sabah hava necə olacaq? | 13:29 Neftçalada quldurluq: 11 000 manatı aralarında bölüblər | 13:23 Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA | 13:16 Türkiyə MN Azərbaycanı təbrik etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qızı polisə şikayət edənkişi cərimələndi

09.07.2024 22:31 1 632
Azərbaycanda qızı polisə şikayət edənkişi cərimələndi
Sosial şəbəkələrdə Astara rayon sakini olan kişini polisin səbəbsiz yerə saxlaması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Astara rayon sakini Oruc Məmmədovu polisin heç bir səbəb olmadan saxlaması barədə səsləndirilən iddialar əsassızdır.

O.Məmmədovun qızı Fatma Məmmədova DİN-in "102" xidməti zəng mərkəzinə müraciət edərək qonşusu Rövşən İsmayılovun təhqir etməsi barədə məlumat verib. Həmin müraciətlə əlaqədar Polis Şöbəsində F.Məmmədovanın izahatı alınarkən Oruc Məmmədov şöbənin inzibati binasının qarşısına gələrək uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub.

Polis əməkdaşları dəfələrlə intizama dəvət etsə də, o, buna məhəl qoymayıb və hərəkətlərini davam etdirib.

O.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə cərimə olunaraq sərbəst buraxılıb.

Son xəbərlər