Mojo.az Banner
11:59 "İdrak" liseyində g*llələnən müəllimin FOTOSU  |     11:57 Bakıda 540 qram çəkidə körpə doğuldu  |     11:56 Polis liseydə müəllimi güllələyən şagirdi saxladı  |     11:50 Yevlax sakini özünə vurduğu iynədən öldü  |     11:30 "Şagird ov tüfəngini məktəbə çantasında gətirib" - "İdrak" liseyinin rəhbəri  |     11:26 Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlandı  |     11:19 Bakıda liseydə dəhşət: Şagird müəllimi güllələdi (Video)  |     23:02 Magistraturaya qəbul imtahanı keçiriləcək  |     22:51 Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - VİDEO  |     22:44 Nazirlik hərbi hissələrdə odundan imtina edir  |     22:38 “Azərbaycan Nəşriyyatı” bağlandı  |     22:30 İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı  |     22:25 Hindistanda partlayış: 18 nəfər öldü  |     22:19 Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar  |     22:16 1980-ci illərdə minlərlə insanın ölümünə səbəb olmuş vulkan yenidən oyanır  |     22:07 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     21:57 Gəncədə QƏZA: xəsarət alanlar var  |     21:49 Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib  |     21:29 "Avroviziya"da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək  |     21:16 Səudiyyə Ərəbistanından diqqət çəkən addım: Dəvələrin pasportu olacaq  |    
Left Banner
Right Banner

Sabahdan müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır

20.06.2024 19:23 1 413
Sabahdan müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanır
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.скачать dle 11.3