Mojo.az Banner
15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram günlərinin havası açıqlanıb

14.06.2024 19:44 894
Bayram günlərinin havası açıqlanıb
Bayram günlərində, iyunun 15-16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 15-i səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

“Bölgələrə gəldikdə isə iyunun 15-16-da əsasən dağlıq və dağətəyi rayonlarda, 17-də isə bəzi bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir”.

Xidmət rəisi bildirib ki, Naxçıvan MR-da 15-16-17 iyun tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, gecə və səhər arabir duman olacaq. Havanın temperaturu gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.

“Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı gözlənilir.

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağdaş, Mingəçevir rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. İyunun 15-i axşam yağıntıda qısamüddətli fasilə olacaq. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayonlarının bəzi ərazilərində arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılar axşama doğru tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 24-29, dağlarda gecə 7-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-i gecə və səhər, 17-si gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36, dağlarda gecə 18-20, gündüz 25-29 dərəcə isti olacaq".скачать dle 11.3
Mojo.az Banner