Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı | 20:02 Hərraclarda indiyədək satılan ən bahalı avtomobillər – Milyonluq rekordlar |
Mojo.az Avto
Mojo.az Avto

Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

25.05.2024 14:43 1 695
Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.

Bu barədə AQTA-dan məlumat verilib.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən Türkiyə və İtaliya respublikalarından ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Belə ki, aparılan sınaq nəticələrinə əsasən, Türkiyə Respublikasından "Lilit" MMC-nin idxal etdiyi "İlaçsan Medikal Sanayi və Dış Ticaret Limited" müəssisəsinin istehsalı olan ümumi sayı 5250 ədəd olmaqla "Aminopanten" əmtəə nişanlı bioloji aktiv qida məhsulunda "Sink" və "Maqnezium qlisinat", "Healthy Life" MMC-nin idxal etdiyi "Pharmanor İlaç San. Tic. LTD" müəssisəsinin istehsalı olan ümumi sayı 4500 ədəd olmaqla "Depovit New" əmtəə nişanlı və "Pharma Standart İlaç Medikal LTD ŞTİ" müəssisəsinin istehsalı olan "Desol-D3" əmtəə nişanlı bioloji aktiv qida məhsulunda "Vitamin D3" miqdarının məhsulların etiket məlumatlarında göstərilən həddən dəfələrlə aşağı olduğu müəyyən edilib.

Eyni zamanda, "El Kompaniya" MMC-nin İtaliya Respublikasından idxal etdiyi "PNK Farmaceutici S.P.A." müəssisəsinin istehsalı olan ümumi sayı 1500 ədəd olmaqla "İmmunovis" əmtəə nişanlı bioloji aktiv qida məhsulunda "Sink qlükonat" miqdarının məhsulun etiket məlumatlarında göstərilən həddən yuxarı və "Vitamin D3" miqdarının isə aşağı olduğu müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər