İlahiyyat Kollecinin binası ilə bağlı məsələyə aydınlıq gətirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:33 AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi  |     22:24 Qax-Ağçay-İlisu yolu işıqlandırılacaq  |     22:12 Toyda kütləvi ZƏHƏRLƏNMƏ: Çox sayda dəvətli xəstəxanaya yerləşdirildi  |     21:53 "Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib  |     21:48 Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi  |     21:30 Binəqədidə yük maşınının vurduğu qadın öldü  |     21:22 Yeni virus dünyada sürətlə inkişaf edir - Səbəbi AÇIQLANDI  |     21:15 Yuxuda meyvə yığmaq nə deməkdir?  |     21:09 Sabah da güclü leysan yağacaq - HAVA PROQNOZU  |     21:04 Albalının orqanizm üçün FAYDALARI  |     20:58 “Windows”da ciddi problem aşkar edildi - Tövsiyələr  |     20:46 Dünyanın ilk elektrikli Ferrari modeli gəlir  |     20:40 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib  |     20:32 Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır  |     20:21 Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib  |     20:15 İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib  |     20:08 Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir  |     20:04 Türkiyə Ordusu PKK-nın doqquz terrorçusunu öldürüb  |    

İlahiyyat Kollecinin binası ilə bağlı məsələyə aydınlıq gətirildi

Bakı İlahiyyat Kollecinin binası ilə bağlı məsələyə aydınlıq gətirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İctimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı İlahiyyat Kollecinin ilkin mərhələdə Azərbaycan İlahiyyat İnstitutunun binasında yerləşməsi və 2024-2025-ci tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız onbirillik orta ixtisas təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq. Bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Baş nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsi yaradılması ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 22.05.24 21:21