"Hazırda tələbələri danışdırırlar" - GDU-nun rektorunun işinin təftişi məsələsinə RƏSMİ CAVAB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:53 Sumqayıt sakini spirtli içkidən öldü  |     22:33 AVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi  |     22:24 Qax-Ağçay-İlisu yolu işıqlandırılacaq  |     22:12 Toyda kütləvi ZƏHƏRLƏNMƏ: Çox sayda dəvətli xəstəxanaya yerləşdirildi  |     21:53 "Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib  |     21:48 Rusiyanın Azərbaycandakı səfiri ordenlə təltif edildi  |     21:30 Binəqədidə yük maşınının vurduğu qadın öldü  |     21:22 Yeni virus dünyada sürətlə inkişaf edir - Səbəbi AÇIQLANDI  |     21:15 Yuxuda meyvə yığmaq nə deməkdir?  |     21:09 Sabah da güclü leysan yağacaq - HAVA PROQNOZU  |     21:04 Albalının orqanizm üçün FAYDALARI  |     20:58 “Windows”da ciddi problem aşkar edildi - Tövsiyələr  |     20:46 Dünyanın ilk elektrikli Ferrari modeli gəlir  |     20:40 Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib  |     20:32 Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır  |     20:21 Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edilib  |     20:15 İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib  |     20:08 Qazaxıstan rəsmisi: Ölkəmiz COP29-a böyük ümidlər bəsləyir  |     20:04 Türkiyə Ordusu PKK-nın doqquz terrorçusunu öldürüb  |    

"Hazırda tələbələri danışdırırlar" - GDU-nun rektorunun işinin təftişi məsələsinə RƏSMİ CAVAB

Kütləvi informasiya vasitələrində yayılan xəbərə görə, Elm və Təhsil Nazirliyi tərəfindən Gəncə Dövlət Universitetində yoxlamalara başlanılıb.

Bununla bağlı universitetin Mətbuat Xidmətinin rəhbəri Günay Məmmədova oxu.az-a açıqlamasında bildirib ki, beş ildən bir Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş qrafik üzrə hər bir ali təhsil və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası həyata keçirilir, Gəncə Dövlət Universitetində aparılan yoxlamalar da bununla bağlıdır:

"Yəni Gəncə Dövlət Universitetində aparılan yoxlama, sadəcə, rektorun fəaliyyəti ilə bağlı deyil, ümumilikdə universitet əməkdaşlarının fəaliyyəti ilə bağlıdır. Yoxlama zamanı rektor da daxil olmaqla dekanların, kafedra, şöbə müdirlərinin və s. sənədlərinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır".

Günay Məmmədova bildirib ki, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır:

"Bu yoxlamaların nəticəsində biz növbəti beş ildə fəaliyyət göstərmək üçün sertifikat alırıq və fəaliyyətimizi davam etdiririk".

"Yoxlamalar hazırda davam edir. Tələbələr danışdırılırlar. Yoxlama bitdikdən sonra nəticə Elm və Təhsil Nazirliyi tərəfindən elan olunacaq", - deyə o qeyd edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            189 22.05.24 12:15