Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 "Formula 1" pilotu "Uilyams"la müqavilə müddətini uzadıb  |     22:32 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi  |     22:25 Mayda havalar niyə soyuq keçir?  |     22:19 Peter Mixalko: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir  |     22:12 Zirədə niyə zibil konteyneri yoxdur? (VİDEO)  |     22:06 Bu ölkə 20 ildə ilk dəfə baş nazirini dəyişdi  |     22:01 Çingiz Mustafayev evlənir  |     21:54 Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - Rəsmi açıqlama  |     21:48 Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir  |     21:39 "Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb  |     21:32 Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir  |     21:23 Tbilisidə etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub  |     21:15 “Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib  |     21:11 Küveytdə yeni hökumət and içib  |     21:04 Lənkəranda poçt şöbəsindən oğurluq edilib  |     20:50 Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb  |     20:44 Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir  |     20:39 Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq  |     20:30 Nazir müavini: “Azərbaycanın regionlarında “Belarus” mağazaları açılacaq”  |     20:24 G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb  |    

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək

Mayın 4-5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək.

Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

Məlumata görə, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli gözəlliyinə bürünəcək.

Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliyin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça”nın ölkənin 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim ediləcək. Həmçinin Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            141 29.04.24 15:32