Birinci Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:07 Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib  |     16:05 Elektron siqaret çəkdi, ağciyərləri partladı  |     16:01 Zelenski: “Xarkov istiqamətində vəziyyət gərgindir”  |     15:51 "Android" telefonları üçün yenilik: Oğurlananda özünü kilidləyə biləcək  |     15:50 “WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika  |     15:48 Azərbaycanda hüquq məsləhətçisi vəfat edib - FOTO  |     15:47 BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib  |     15:44 Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi  |     14:20 Azərbaycan-Belarus sənədləri imzalanıb  |     14:11 Təxirə salınan Moskva konserti bu gün baş tutacaq  |     14:10 Avstraliyanın bu şəhərində niqab taxmaq qadağan edildi  |     14:10 Yeni planet kəşf olundu  |     14:07 Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO  |     14:06 Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ  |     14:05 10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb  |     14:05 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     14:04 Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ  |     14:03 Azərbaycan XİN-dən fransalı nazirə SƏRT CAVAB  |     13:54 Sifarişlə adam oğurluğunda günahlandırılan dünya və Avropa çempionları ilə bağlı QƏRAR  |     13:53 Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı  |    

Birinci Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib

“Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib”.

Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, ümumilikdə 586 nəfərə aid meyit qalığı aşkar edilmiş və onlardan 108 nəfərin artıq şəxsiyyəti müəyyən edilib: “Onların 35 nəfəri artıq ictimaiyyətə elan olunub. 73 nəfərin ictimaiyyətə elan olunması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Həmin 73 nəfərdən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndlərində aşkarlanmış kütləvi məzarlıqlardan götürülüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 29.04.24 12:22