Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |    

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib.

Bu barədə Median.Az DVX-yə istinadən xəbər verir. Qeyd edilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu təsbit edilib.

Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb. Qanunsuz istehsal obyektində 6.600-dən çox “Domestos” markalı hazır məhsul, 960 ədəd “İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240 ədəd “Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır məhsullar, 2.630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200 “Surescents” havatəmizləyici, habelə 31.700-dən çox “Domestos”, “Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”, “Head and Shoulders” etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.

Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29.500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1.100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1.900 litr araq xammalı, 3.700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.

İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu.

Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            141 19.04.24 16:06