Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ürək sağlamlığı üçün gündə nə qədər şokolad yemək lazımdır?  |     22:52 Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu  |     22:44 Azərbaycanda məşhur otel adını dəyişdirir  |     22:38 Gəncə-Moskva aviareysi təxirə salınıb  |     22:31 "Formula 1": "Red Bull" Kristian Hornerlə yollarını ayırıb  |     22:25 Abşeronda axtarışda olan 35 nəfər saxlanılıb  |     22:20 XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk  |     22:11 "Kəpəz" müdafiəçisi ilə vidalaşıb  |     22:06 Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir  |     22:00 Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb  |     21:54 "Çelsi" klublararası dünya çempionatında 110 milyon dollar qazanıb  |     21:45 Honq-Konqda tikinti işləri zamanı 19-cu əsrə aid artilleriya silahı aşkarlanıb  |     21:39 Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb  |     21:18 Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü  |     21:12 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə 4 saat işıq olmayacaq  |     20:58 Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     20:51 1 dollar 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA  |     20:48 Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri deportasiya edilir  |     20:31 İstanbulda məşhur hotellər söküləcək  |     19:54 Tələbələrin köçürülməsi prosesinə start verildi  |    

Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da məcəllənin 376-cı maddəsinə əsasən, inzibati məsuliyyətə səbəb olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan həmin foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilirlər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            540 19.04.24 14:57