Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb.

Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 102 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 18.04.24 15:26