Mənzilin qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibinin 18 500 manatını oğurlayan şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Mənzilin qapısını açıq saxlayaraq yuxuya gedən ev sahibinin 18 500 manatını oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18 500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.

Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən iki kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 03.04.24 18:06