Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:37 Prokuror keçmiş vəkilə ağır cəza istədi | 19:30 Sabah Bakıda yağış yağacaq | 19:25 10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb | 19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı |
Mojo.az Avto
Mojo.az Avto

AYNA taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib

03.04.2024 15:05 2 088
AYNA taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin tətbiqi qaydasına aydınlıq gətirib
Azərbaycanda taksi fəaliyyəti üçün avtomobillərə 15 il məhdudiyyətinin hansı qaydada tətbiq ediləcəyinə aydınlıq gətirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əgər avtomobil 2010-cu il istehsalıdırsa, o halda bu il iyulun 1-dək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə alınmalıdır.

Belə olan halda, bir ildən - yəni avtomobilin yaşının 15 ili tamamlanmasından sonra həmin nəqliyyat vasitəsinin taksi kimi fəaliyyət göstərməsi mümkün olmayacaq.

Əgər vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək.

Qeyd edək ki, 1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı isə 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Son xəbərlər