Mojo.az Banner
23:00 Süni intellekt haqqında 5 ən böyük yanlış fikir  |     22:53 Kamçatka qar altında - Video  |     22:46 Bu balıq çeşidlərində azalma, qiymətlərində isə artım müşahidə olunur - Video  |     22:41 Fransa Azərbaycanın dörd ermənini İrəvana təhvil verməsini alqışlayır  |     22:34 Çindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb  |     22:28 Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib  |     22:20 Mingəçevirdə avtobus sürücüsü döyüldü  |     22:15 Mingəçevirdə 44 yaşlı qadın dəm qazından öldü  |     22:08 Məmurun əri videosuna görə üzr istədi - Video  |     22:02 Sabah bu marşrutların hərəkəti dəyişdiriləcək  |     21:57 Anası məhkum oğluna narkotik keçirmək istədi  |     21:49 Rusiyada 9 körpənin öldüyü xəstəxana bağlandı  |     21:44 Azərbaycan əhalisinin gəlirləri artıb  |     21:37 Sabah bu yollar bağlanacaq  |     21:32 Azad edilmiş ərazilərdə daha 69 mina aşkarlandı  |     21:24 Azərbaycanda xarici prodüserlərə güzəşt ediləcək  |     21:19 Ötən il 18 nəfəri qatar vurub - Video  |     21:10 Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək  |     21:05 Məcəllə təsdiqləndi: Kimlərə iki dəfə çox maaş ödəniləcək?  |     20:57 Tibb dünyasında müzakirə olunan araşdırma: Çarə kosmosdadır?  |    
Left Banner
Right Banner

Tərtərdə mina partlayıb: Üç nəfər xəsarət alıb

02.04.2024 17:10 1 332
Tərtərdə mina partlayıb: Üç nəfər xəsarət alıb
2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.скачать dle 11.3