Qızıl qiymətinə satılan zəhər: Mövsümündən əvvəl bazara çıxarılan alçanın İNANILMAZ ZƏRƏRLƏRİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Qızıl qiymətinə satılan zəhər: Mövsümündən əvvəl bazara çıxarılan alçanın İNANILMAZ ZƏRƏRLƏRİ

Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədədir. Xüsusilə mövsümündən əvvəl yetişdirilib satılan meyvələrdə bu hal daha çox özünü büruzə verir. Belə ki, kiloqramı qızıl qiymətinə satılan alça 500 manatdan 100 manata düşüb. Bəziləri bunu tələbatın çoxluğu və təklifin azlığı ilə əlaqələndirir. Xüsusilə, mövsümündən əvvəl yetişdirilən meyvələri hamilə qadınların daha çox tələb etdiyi bildirilir.

Maraqlıdır, istixanalarda süni şəkildə yetişdirilən alçanın qiymətinin bu qədər fantastik olmasına səbəb nədir?

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Bizim.media-ya bildirib ki, alçanın bu qədər baha olması istehsalının azlığı ilə bağlıdır:

“Mövsümü yaxınlaşdıqca, alçanın da qiyməti sürətli şəkildə aşağı düşür. Çünki artıq yavaş-yavaş istehsalçıların sayı artır. Lakin qışda alçanı aqrotexniki qaydaları bilən şəxslər istehsal edirlər ki, onların da sayı olduqca azdır. Qeyd edim ki, günümüzdə torpağa gübrə vermədən meyvə-tərəvəz yetişdirmək olmur. Əvvəllər isə belə deyildi, torpaqda kifayət qədər maddə var idi”.

V.Məhərrəmov onu da qeyd edib ki, bəzi hallarda torpağa həddindən çox azot verirlər, bu isə meyvədə toplanır:

“Azot həm də qida maddəsi kimi bitki tərəfindən mənimsənilir. Yəni fotosintez prosesi zamanı, qeyri-üzvi maddələr üzviyə çevrilir, bunun isə insan üçün heç bir ziyanı yoxdur. Amma gərək fotosintez prosesi normal getsin. Yenə də mövsümündən əvvəl satılan alçanın tərkibi yoxlanılmalıdır”.

Bəs mövsümündən əvvəl yetişdirilən alçanın insan sağlamlığına hansısa xeyri və ya ziyanı ola bilərmi?

Tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvənin insan sağlamlığına böyük zərərlərinin olduğunu bildirib:

“Ərzaqların mövsümündən əvvəl baha olması təbiidir, amma bəzən qiymətlər çox şişirdilir. Lakin məsələ fərqlidir. Bəzən ayrı-ayrı insanlarda qida davranışı pozulur. Bu, hormonal və psixoloji dəyişikliklər fonunda baş verə bilir. Hamiləlik isə çox ciddi fizioloji proses olduğuna görə, ayrı-ayrı qidalara tələbat ortaya çıxa bilir. Normal adamda isə qida davranışı adekvat olur”.

Ekspertin sözlərinə görə, alça kimi mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvə-tərəvəzlər insan sağlamlığına ciddi ziyan vurur:

“Çünki onların yetişməsi üçün müxtəlif gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə insan orqanizminə lazım olmadığı üçün zərərli hesab olunur. Mən düşünürəm ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilsə, daha düzgün olar. Çünki orqanizm də ritmik olaraq buna uyğunlaşır”, - deyə Adil Qeybulla bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 02.04.24 15:02