Şamaxı Rəsədxanası: “Günəş fəallığı zəifləyib” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Şamaxı Rəsədxanası: “Günəş fəallığı zəifləyib”

Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.

Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.

“Günəşin səthində ləkələrin sayı azalaraq dörd ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi iki MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb”.

Rəsədxananın məlumatına görə, hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir:

“Kp indeksi 3,3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir. Proqnoz günlərində (bir-yeddi aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə bir faizdir. Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə geomaqnit sahəsinin aprelin dördünədək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            339 01.04.24 21:10