Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |     15:07 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?  |     15:04 Azərbaycanda makler və övladları bıçaqlandılar  |     14:58 Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü  |     14:57 Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır  |     14:56 Azərbaycan neftinin qiyməti 90 dolları ötüb  |     14:54 Azərbaycan hərbçiləri İtaliyada - FOTO  |     14:51 Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü  |     14:48 Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB  |     14:46 Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb  |     14:45 Xankəndidə silah və sursatlar aşkarlanıb  |     14:30 Dünya bazarında neft qiymətləri artıb  |     14:12 Abşeronda avtomobil qəzası olub, xəsarət alan var  |    

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Azərbaycanda saxlanılan Qırğız Respublikasının dörd vətəndaşı ölkələrinə təhvil verilib.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində beş nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

DİN-nin Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən dörd nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 26.03.24 22:01