Alternativ enerji istehsalı artır: Elektrik qiymətləri enəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |     15:07 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?  |     15:04 Azərbaycanda makler və övladları bıçaqlandılar  |     14:58 Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü  |     14:57 Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır  |     14:56 Azərbaycan neftinin qiyməti 90 dolları ötüb  |     14:54 Azərbaycan hərbçiləri İtaliyada - FOTO  |     14:51 Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü  |     14:48 Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB  |     14:46 Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb  |     14:45 Xankəndidə silah və sursatlar aşkarlanıb  |     14:30 Dünya bazarında neft qiymətləri artıb  |    

Alternativ enerji istehsalı artır: Elektrik qiymətləri enəcək?

2024-cü ilin ilk 2 ayında Azərbaycanda günəş enerjisi istehsalı kəskin artıb. Belə ki, bu dövrdə günəşdən alınan enerji 6 dəfə artaraq 50,7 milyon kVt·st olub. Ötən ilin ilk 2 ayında cəmi 8,4 milyon kVt·st günəş enerjisi istehsal olunmuşdu.

Bu ilin yanvar-ferval aylarında külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Ötən ilin ilk 2 ayında külək elektrik stansiyalarında 9,1 milyon kVt·st, digər mənbədə isə 39,0 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdi.

Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi?

Qaynarinfo xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə icmalar və ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar:

"Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir".

Millət vəkili qeyd edir ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir: "Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 26.03.24 20:45