“TikTok”da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“TikTok”da pulu necə qazanırlar? - Hədiyyələrin məbləği (SİYAHI)

Ötən həftə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "TikTok”un platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolov ilə görüşüb. Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar. "TikTok” şirkəti ilə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması müzakirə olunub. Əvvəllər bu sosial şəbəkədən istifadə geniş yayılmasa da, qısa müddət ərzində maraq artmağa başladı. Artıq "TikTok” platforması dünyada əksər istifadəçilərin qazanc mənbəyinə çevrilib.

Bəs "TikTok”da pulu necə qazanırlar?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, "TikTok”dan gəlir əldə etməyin bir neçə yolu var.

Onun sözlərinə görə, bunlardan biri də canlı yayımlardır və canlı yayımlar hədiyyə sistemi ilə işləyir: "TikTok” istifadəçiləri profilə daxil olduqda "pul kisəsi” bölməsinə daxil olub, "coin” adlı virtual valyutaları alırlar. 100 "coin” 1,29 dollar (təxmini 2 manat) dəyərindədir. Platformada izlədiyiniz, bəyəndiyiniz insanlara canlı yayımda sizə təqdim etdikləri keyfiyyətli məzmuna təşəkkür olaraq, bu hədiyyələri göndərə bilərsiniz. İzlədiyiniz insanlar həmin "coin”ləri əvvəlcə "almaz”lara, daha sonra isə nəğd pula çevirə bilirlər".

Ekspert "TikTok”da hədiyyələrdən 44-48 %-ə yaxın hissəsinin platformanın özünə, geri qalan 52 % və üzərinin isə istifadəçiyə çatdığını söyləyib. O həmçinin bildirib ki, istifadəçi eyni vaxtda çox hədiyyə aldıqda "TikTok” bunun müqabilində endirim edir:

"TikTok”da canlı yayımlar zamanı pul şəklində hədiyyələr göndərilir. Hədiyyələrin ən kiçiyi güldür (0,1 qəpik), ən böyüyü isə "TikTok” jetonu hesab olunur (800 manat). Bu qiymətlər göndərilən şəxsə çatan məbləğdir. Göndərən isə həmin hədiyyəni daha böyük məbləğə alır”.

E.Abbasov həmçinin jetonların hesablanma qaydasından da danışıb: "Min jeton 1 K-dır. Manatla hesabladıqda min jeton təqribən 20 manata bərabərdir. Məsələn, "TikTok”da bir şir 30 min K-dır. 30 mini 20-yə vurduqda 600 manat edir. Yəni "TikTok”da bir şir jetonunun qiyməti 600 manata bərabərdir. Platformada ən bahalı hədiyyə isə "TikTok” jetonudur. Onun dəyəri 40 min jetondur. 40-ı 20 yə vuraraq onun dəyərinin 800 manat etdiyini görə bilərik”.

"TikTok”da 6000 almaz hazırda 127.20 dollar dəyərindədir, çünki iki sikkə bir almaza bərabərdir. Bununla belə, 6000 brilyant real pul üçün nağdlaşdırıldıqda, yayımçı yalnız 63.60 dollar alacaq, çünki "TikTok” qalan 63.60 dolları 50% mübadilə haqqı olaraq saxlayır.

Beləliklə, "TikTok”da ən bahalı hədiyyələrin bir qismini jetonlarla təqdim edirik:

"TikTok” Universe - 44 999

Aslan - 29 999

Leon və Aslan - 34 000

Bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi Qrifon - 25 999

Yaxta - 20 000

"TikTok” stars - 39 999

Qızıl idman avtomobili - 29 999

Balina - 30 000 - 34 000

Əjdaha - 26 999




//qaynarinfo.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 04.03.24 19:57