Xocalıda soyqırımı abidəsi qoyulacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Xocalıda soyqırımı abidəsi qoyulacaq

Bir neçə gün sonra erməni vəhşiliyinin ən bariz nümunəsi olan Xocalı soyqırımının növbəti ildönümünü anacağıq. 30 ildən sonra faciə qurbanlarını elə Xocalının özündə yad edə biləcəyik.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov soyqırımının anım mərasiminin elə yerində anılmasının əhəmiyyətini Modern.az-a belə izah edib:

“Ermənilər tərəfindən Xocalıda törədilən soyqırımının 32-ci ildönümü Xocalıda yad ediləcək. Bu il də respublikamızın hər bir guşəsində, təşkilatlarda, müəssisələrdə, xarici ölkələrdəki diplomatik korpuslarda, müxtəlif cəmiyyətlərdə Xocalı soyqırımı anılacaq.

Bu il ilk dəfə olaraq Xocalıdan olan müəyyən qrup soyqırımını qurbanlarını doğma torpaqlarda yad edəcək. Bu da Azərbaycanın gücündən, onun suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından xəbər verir. Anım gününü Xocalıda keçirmək şəhidlərimizin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır. Bununla bağlı cənab Prezidentimizin rəhbərliyi ilə hələ çox işlər görüləcək. Xocalıda, ermənilərin qırğınlar törətdikləri ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Belə məzarlıqlar hələ çox yerlərdə aşkar olunacaq. Bunlar erməni qəddarlığından, düşmənçiliyindən xəbər verir”.

E.Məmmədov Qarabağda Soyqırımı muzeyinin açılmasından da danışıb:

“Mən və xocalılar tərəfindən müəyyən təkliflər səsləndirilib. Yəqin ki, cənab Prezidentin rəhbərliyi ilə məsələlərə xüsusi diqqət yetiriləcək. Xocalıda soyqırımı abidəsi qoyulacaq, muzeyin yaradılması da məqsədəuyğundur. Kütləvi qırğın olan ərazilərə xatirə lövhələrinin vurulması vacibdir. Yəni çox işlər görüləcək. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələlərə xüsusi diqqət yetiriləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 008 24.02.24 17:45