Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

İçərisində mal-qara olan tövləni qəsdən yandıran və oğurluq edən şəxslər saxlanılıblar - FOTO/VİDEO

13.02.2024 11:57 1 647
İçərisində mal-qara olan tövləni qəsdən yandıran və oğurluq edən şəxslər saxlanılıblar - FOTO/VİDEO
Yanvar ayının 13-də Göyçay rayonunun Qarabağlar kəndi ərazisində kənd sakininə məxsus tövlənin, çardaq hissəsindəki ot bağlamalarının və içərisində olan 12 baş iribuynuzlu  mal-qaranın yanaraq tələf olması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı yanğının qəsdən törədildiyi və vətəndaşa ümumilikdə 58 min manata yaxın maddi ziyan dəydiyi  müəyyən edilib. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, 1992-ci il təvəllüdlü Seymur Piriyev saxlanılıb. O, əməlini etiraf edib və əvvəllər şəxsi münasibətlər zəminində zərərçəkmişlə aralarında yaranmış narazılığa görə ona məxsus tövləni qəsdən yandırdığını bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, S.Piriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə mağazadan oğurluq etməkdə şübhəli bilinən Elçin İsgəndərov və Rövşən Zamanov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, əvvəllər həmin mağazada işləyən Elçin İsgəndərov tanışı Rövşən Zamanov ilə birlikdə son 2 ay ərzində bir neçə dəfə həmin obyektə daxil olaraq oradan ümumi dəyəri 9 min manatdan artıq olan tütün məmulatları və digər əşyaları oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

скачать dle 11.3
Mojo.az Banner