Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Nigeriyalı jurnalist: “Bakıda çox aktual mövzular müzakirə olunur”

21.11.2023 14:48 5 175
Nigeriyalı jurnalist: “Bakıda çox aktual mövzular müzakirə olunur”
“Azərbaycanın paytaxtında keçirilən bugünkü tədbirin mövzusu dünyada baş verən müasir hadisələr kontekstində çox aktualdır. Burada müstəmləkəçiliyin yeni növlərinə qarşı mübarizə məsələlərindən bəhs edilir”.

“Report” xəbər verir ki, bunu Nigeriyadan olan jurnalist Kayode Komolafe Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Belə tədbirlər müstəmləkəçiliyin nəticələrini bütün dünyaya nümayiş etdirməyə imkan verir. Lakin bununla bağlı vacib fakt odur ki, müasir dünyada neokolonializm, həmçinin beynəlxalq ictimai rəy və siyasətin imperialist manipulyasiyası müşahidə olunur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, insan haqlarının pozulması və humanitar problemlər də var.

K.Komolafe buna misal olaraq Qəzza zolağı ətrafındakı vəziyyəti göstərib:

“Qəzzada uzun sürən hərbi əməliyyatlar fonunda regionda son dərəcə ciddi insan haqları pozuntuları və humanitar böhran mövcuddur”.

Son xəbərlər