Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub | 18:20 Gömrük nəzarətindən gizli gətirilən brend mallar aşkarlanıb | 18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? |
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda 16 yaşına çatmayan qız ərə verilib? - AÇIQLAMA (FOTO)

18.11.2023 16:46 2 976
Ağdamda 16 yaşına çatmayan qız ərə verilib? - AÇIQLAMA (FOTO)
Ağdamda yeniyetmə qızın ərə verildiyi iddia edilib.

İddialara görə, qız toyu Ağdamın Qaradağlı kəndində baş tutub. Deyilənlərə görə, qızın 16 yaşı tamam olmayıb və o, öz doğma dayısı oğlu ilə evləndirilib.

Eləcə də iddia edilir ki, yetkinlik yaşına çatmayan qızın təhsil aldığı məktəbin direktoru onun evləndirilməsi ilə bağlı məsələyə etiraz edib. Məktəb direktoru narazılıq etdiyi üçün qızın valideynləri onu məktəbdən də çıxarıb. Yaxın günlərdə oğlan toyunun keçirilməsi planlaşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı iddialara cavab olaraq Oxu.Az-a açıqlamasında bildirib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Qaradağlı kəndində yaşayan həmin ailənin evinə gediblər:

“Araşdırma zamanı şəxslərin kimliyi müəyyənləşdirilib. 2008-ci il təvəllüdlü A.T. (şərti) ilə 2001-ci il təvəllüdlü S.Q.-nin (şərti) toyunun olması iddiaları təsdiqini tapmayıb:

“Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbətlər aparılıb. Onlara qanunvericiliyin tələbləri izah olunub. Qanunla nəzərdə tutulmuş evlilik yaşına çatmayan şəxslərin evləndirilməsinin hüquqi məsuliyyət yaratdığı ailələrin diqqətinə çatdırılıb.

Yetkinlik yaşına çatmayan qızın ən qısa zamanda tədris müəssisəsinə geri qaytarılması və təhsilinə qaldığı yerdən davam etməsi istiqamətində zəruri tədbirlər görülür”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında aidiyyəti qurumlarla birlikdə araşdırma başlanılıb:

“Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Son xəbərlər