Mojo.az Banner
21:27 SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb  |     21:20 Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir  |     21:11 Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb  |     20:47 Opera ifaçısı 5-ci mərtəbədən yıxılıb öldü  |     20:31 Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI  |     20:24 1500 işçini ixtisara saldı  |     20:16 6,4 bal gücündə zəlzələ oldu  |     20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |     20:02 Zivər Zeynalova yeni vəzifəyə təyin olundu  |     19:47 İsveç şahzadəsi vəfat etdi  |     19:43 Moldovaya düşən Rusiya dronunda partlayıcı aşkarlandı  |     19:37 Ankarada qəzaya uğrayan Liviya təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb  |     19:30 Baş katibin müavini Elçin Əmirbəyovla NATO-Azərbaycan münasibətlərini müzakirə edib  |     19:15 32 yaşlı azərbaycanlı Moskvada həyatını itirdi  |     19:09 Finlandiya Prezidenti: Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etməliyik  |     19:00 Elşad Xosenin ailə - Fotosu  |     18:53 Əli Əsədov qərar imzaladı  |     18:45 Göyçayda silahlı narkotacir tutuldu  |     18:38 Gəncədə veteranların binası yandı  |     18:20 Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü, əri saxlanıldı - TƏFƏRRÜAT  |    
Left Banner
Right Banner

Sabunçuda qanunsuz tikililər söküldü - VİDEO

18.11.2023 16:38 2 451
Sabunçuda qanunsuz tikililər söküldü - VİDEO
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bülbülə gölünün ətrafında yerləşən torpaq sahəsində heç bir hüquqmüəyyənedici sənəd olmadan və müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən ərazidə aparılan işlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla həyata keçirilib.

Tikinti sahibləri dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara məhəl qoymadığından Sabunçu Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsininin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının birgə iştirakı ilə müvafiq tədbirlər görülüb və nəticədə tikililər sökülərək ərazi nəzarətə götürülüb.скачать dle 11.3