Avtomobillər elektron talona keçdi - YENİLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:18 Şabranda yeniyetmə dördüncü mərtəbədən yıxıldı  |     17:13 Zaxarova: "Delimitasiya üzrə işlərin praktiki mərhələsi regional sabitlik üçün vacibdir"  |     16:53 Rusiya XİN: "Qərb qüvvələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışırlar"  |     16:41 Polineziya nümayəndə heyətinin rəhbəri: "Azərbaycanın dəstəyinə ehtiyacımız var"  |     16:30 Valideynlərin nəzərinə! - FOTO  |     16:24 Hava xəbərdarlığı: Mayın 31-i...  |     16:08 Azərbaycan Ordusunda silah və texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO  |     16:05 Fərid Mehralızadə saxlanılıb? - DİN-dən açıqlama  |     15:44 "X" üçün yeni qərar: Bu paylaşımlara müdaxilə ediləcək  |     15:31 Türkiyə nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     15:13 Ceyhun Bayramov Pakistan Senatının sədri ilə COP29-a hazırlığı müzakirə edib  |     14:53 İrəvandan Geğarkunikdəki mövqelərin Azərbaycana təhvil verilməsi ilə bağlı məlumata REAKSİYA  |     14:38 "Meta"dan İsraillə bağlı qərar: Yüzlərlə hesab bağlandı  |     14:21 Bu ərazilər də Azərbaycana təhvil verilir  |     13:57 Qanunsuz hərbi forma geyinənləri hansı cəza gözləyir?  |     13:56 Artezian quyularının naqillərini oğurlayan şəxslər saxlanıldılar - VİDEO  |     13:22 Naxçıvanda 17 yaşlı qızı öldürən şəxsə hökm oxundu  |     12:56 Milli Xalça Muzeyinə direktor təyin olundu - FOTO  |     12:45 Azərbaycanda müəllim vəfat etdi - FOTO  |     12:33 XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"  |    

Avtomobillər elektron talona keçdi - YENİLİK

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq, bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək.

Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Əsasnaməyə görə, nasazlıqlar aşkar edildikdə, nəqliyyat vasitəsinin sahibinə bununla bağlı bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

Nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.

Yeniliyə əsasən, bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sisteminə göndərir.

“ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

Qeyd edək ki, əsasnaməyə edilən digər dəyişiklə nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 807 22.10.18 12:44