Mojo.az Banner
22:58 Jalə Əhmədovaya vəzfə verildi  |     22:50 Həyatdan tez bezən BÜRCLƏR  |     22:41 Avqustda 7 saniyəyə 40 milyondan çox insan öləcək? - NASA-dan AÇIQLAMA  |     22:34 Göyərtidən benzin, limondan balıq dadı gəlir  |     22:27 Bakıda restoranda hesaba görə dava düşdü  |     22:12 Bakı-Quba yolunda qəza - Xəsarət alanlar var  |     22:00 “Başın qaçmasın” sözünə görə binanın arxasına aparıb, bıçaqladı— TƏFƏRRÜAT  |     21:40 Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar  |     21:30 Nazir onu vəzifəsindən azad etdi- FOTO  |     21:22 Şimali Koreyada İlk: Ölkə Liderinə Sui-qəsd  |     21:16 Qaz birdən kəsilir, birdən çox gəlir - Sumqayıtda təhlükəli vəziyyət  |     21:10 Yaponiya bayrağına bənzəyən yol nişanının mənası nədir?  |     21:01 1000-dən çox taksi sürücüsü imtahandan keçdi  |     20:54 Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü  |     20:47 Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi  |     20:40 Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb - YENİLƏNİB  |     20:34 131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib  |     20:26 Fevral ayı ilə bağlı xəbərdarlıq: Kəskin soyuqlar düşəcək, şaxta olacaq, qar yağacaq  |     20:19 Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto  |     20:12 Maqnit qasırğası olacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda olan avtomobillərin ümumi sayı açıqlanıb

14.04.2020 15:03 3 311
Azərbaycanda olan avtomobillərin ümumi sayı açıqlanıb
2019-cu ilin sonuna olan məlumata əsasən, Azərbaycandakı avtonəqliyyat vasitələrinin sayı 3,5% artaraq 1,4 milyon ədəd olub.

Trend-in məlumatına görə, ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobilinin sayı 54 ədədə çatıb.

Avtomobil nəqliyyatı ilə 2019-cu ildə 2018-ci illə müqayisədə 4,0% çox yük və 2,6% çox sərnişin daşınıb, yük dövriyyəsi 17530,8 mln. ton-km, sərnişin dövriyyəsi isə 25950,1 mln. sərnişin-km təşkil edib. Bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 4,0% və 2,7% artıb.

Ötən il ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1845,7 mln. manat vəsait yönəldilib.

Bu dövrdə 1376,6 km, o cümlədən 139,8 km respublika, 908,8 km yerli əhəmiyyətli və 328,0 km Bakı və Sumqayıt şəhərlərində yollar yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 13 piyada keçidində təmir işləri aparılıb.скачать dle 11.3