Azərbaycanda elektromobilin tətbiqi genişləndirilir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

Azərbaycanda elektromobilin tətbiqi genişləndirilir - VİDEO

Elektromobil - bu nəqliyyat vasitəsinin daxilində yanma prosesi baş vermədiyindən xaricə zəhərli qazlar buraxılmır və bununla da avtomobil atmosferə ziyan vurmadan fəaliyyət göstərir.

Median.Az BAKU.TV-yə istinadən xəbər verir ki, Türkiyə təcrübəsi əsasında bu ənənəni genişləndirən vasitəçilərdən biri isə Türk Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaraoğludur.
O, yaxın zamanda elektromobil sektorunun Türkiyə və Azərbaycanın birgə çalışması nəticəsində inkişaf edəcəyini bildirib:

"Bütün müşahidələrə əsasən demək olar ki, əslində benzin və dizelli vasitələr də istifadə olunmağa davam edəcək ama elektrikli vasitələrin çox sürətli şəkildə yayılması. Bu yayılma müddətində əsasən inkişaf etmiş ölkələrdə Türkiyənin və Azərbaycanın həm söz sahibi olması, dünya nəzdində söz sahibi olması çox önəmlidir".

Qeyd edək ki, elektromobillərin kəşf olunmasına dünya şöhrətli alim Faradeyin nəzəri cəhətdən hazırladığı elektromaqnit induksiyası böyük təkan verib. Sonrakı illərdə alimlər məhz bu nəzəriyyəni təcrübi olaraq həyata keçirməklə elektrik mühərrikli avtomobillərin ixtirasına nail olublar.

Professor Kərəm Odabaşı nəqliyyatda elektrik enerjisindən istifadənin Türkiyə təcrübəsi əsasında elmi-tətqiqatların aparılmasının artıq başladığını deyib: "İndi elektrikli vasitələrdə və avtomobillərdə vacib bir dönüş var. Bu dönüşü izləyənlərin bu yeni sektorun yeni iştirakçıları olma şansı var. Bu baxımdan Azərbaycanın , Türkiyənin iş birliyi ilə böyük sektorda 29 manat-lıq uzun köklü bir keçmişi olan sektorda böyük bir şans əldə etmə vəziyyəti var".
Artıq bu sahədə Azırbaycanda müəyyən addımlar atılıb. Buna misal olaraq, ötən həftə ölkəmizə yeni gətirilən london taksisini misal göstərmək olar. Elektriklə işləyən bu avtomobil ekologiyanın çirklənməsinin qarşısını almaqda mühüm rol oynayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 708 21.01.20 18:39