Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı ana öz uşaqlarını öldürdü – FOTO + VİDEO

30.04.2018 17:28 13 274
Azərbaycanlı ana öz uşaqlarını öldürdü – FOTO + VİDEO
Rusiyanın Nijni-Novqorod şəhərində dəhşətli hadisə baş verib. Ana öz uşaqlarını xüsusi amansızlıqla öldürüb.

Median.Az
NTV telekanalına istinadla xəbər verir ki, 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə dörd yaşlı qızı Xədicəni və iki yaşlı oğlu Süleymanı boğub.

Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara çıxararaq, yandırıb.

Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Uşaqların qalıqlarından onların cinsini müəyyən etmək mümkün olmayıb.

Araşdırmalar zamanı hadisədən əvvəl 27 yaşlı qadının yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzil aldığı müəyyənləşib. O, benzini aldıqdan sonra Semenovsk rayonundakı meşəyə gedib.

Ancaq mühafizəçilərin onu tuta biləcəyindən qorxan qadın oradan uzaqlaşıb və uzun müddətdir istifadə edilməyən tərəvəz bazasına gəlib.

Saxlanılandan sonra Nijne-Novqorod sakini olan qadın olanları etiraf edib və bildirib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib.

İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib.

“O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır”, - Kərimova aprelin 21-də paylaşıb.

Amansız cinayətlə əlaqədar “Azyaşlıların qətli” ittihamı ilə cinayət işi başlanılıb. Qadını ömürlük həbs cəzası gözləyir./oxu.azскачать dle 11.3
Mojo.az Banner