Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Vladimir Putin İlham Əliyevə təşəkkür etdi

04.06.2026 23:01 582
Vladimir Putin İlham Əliyevə təşəkkür etdi
"Rusiya və Azərbaycan arasında münasibətlər çox yaxşı olub və bu gün də həmin səviyyədə qalır".

Median.Az
TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.

"Mən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri çox yüksək qiymətləndirirəm. Azərbaycanla hər zaman yaxşı əlaqələrimiz olub və bu gün də belədir - həm iqtisadi, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalamışıq. Münasibətlərimiz də məhz bu xətt üzrə inkişaf edir", - deyə Rusiya lideri bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə strateji tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında sənədlərin konkret məzmunla zənginləşdirilməsi istiqamətində böyük səylər göstərir.

Putin həmçinin vurğulayıb ki, Rusiya İrana humanitar yüklərin çatdırılması zamanı göstərilən dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır.

"Biz Prezident İlham Əliyevə İrana humanitar yardım göndərilməsində bizə göstərdiyi köməyə görə çox minnətdarıq. Qeyd etməliyəm ki, Azərbaycan tərəfi bu istiqamətdə çox operativ və effektiv fəaliyyət göstərib, bütün müraciətlərimizə dərhal reaksiya verib. Bu da vəziyyətin yumşaldılması baxımından olduqca mühüm rol oynayıb", - deyə Putin qeyd edib.скачать dle 11.3
Mojo.az Banner