Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

AYNA vəkilə iki manat parklanma pulu ödəyəcək

02.06.2026 18:17 522
AYNA vəkilə iki manat parklanma pulu ödəyəcək
Tanınmış vəkil Pərviz Məmmədovla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında maraqlı məhkəmə çəkişməsi baş tutub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, vəkilin şikayətçi olduğu işə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Pərviz Məmmədov Bakı şəhərinin Bülbül prospektində avtomobilini saxlayaraq "AzParking" vasitəsilə parklanma haqqı ödəyib. Lakin daha sonra həmin ərazidə dayanma-durma qadağan nişanının olduğunu əsas gətirən yol polisi ona 20 manat cərimə yazıb.

Vəkil hesab edib ki, qadağan olunmuş ərazi ödənişli parklanma məntəqəsi kimi təqdim edildiyindən hesabından tutulan 2 manat da əsassız ödəniş sayılmalıdır. Bu səbəbdən o, pulun geri qaytarılması tələbi ilə AYNA-ya qarşı məhkəmə iddiası qaldırıb.

AYNA-nın nümayəndəsi isə bu iddianı qəbul etməyib. Nümayəndə Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda belə arqument gətirib ki, avtomobil faktiki olaraq həmin ərazidə saxlanıldığı üçün parklanma haqqı qanuni qaydada tutulub. Bu əsasla vəkilin iddiasının rədd edilməsi xahiş olunub.

İşlə tanış olan hakim Nərgiz Tağıyeva isə vəkilin tələbini əsaslı sayıb. Nəticədə AYNA-dan Pərviz Məmmədovun xeyrinə iki manat parklanma haqqının, əlavə olaraq məhkəməyə müraciət üçün xərclənən 30 manat dövlət rüsumunun tutulmasına qərar verilib.скачать dle 11.3
Mojo.az Banner