Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəbul imtahanlarında balları artırmaq mümkündür? - RƏSMİ AÇIQLAMA

01.06.2026 11:23 519
Qəbul imtahanlarında balları artırmaq mümkündür? - RƏSMİ AÇIQLAMA
"Son vaxtlar sosial şəbəkənin monitorinqi göstərir ki, "Instagram", "TikTok" və xüsusilə "Telegram"da saxta hesablar vasitəsilə ödəniş müqabilində hər hansı imtahan balının artırılması ilə bağlı qeyri-real çağırışlar edilir və dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur".

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyent və valideynlərə müraciətində bildirilib.

Qeyd olunub ki, həmin şəxslər səhifələrini cəlbedici etmək üçün çox vaxt DİM-in loqosu və adından istifadə edirlər. Onlar hətta öz postlarının altında başqa saxta hesablar vasitəsilə guya kömək aldıqlarını yazmaqla digər vətəndaşlarda maraq oyatmağa çalışırlar.

"Abituriyentlər və valideynlər diqqətli olmalı və sosial şəbəkədə bu tip "təhrikedici" təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Unutmaq lazım deyil ki, belə çağırışlara qoşulmaq hər iki tərəf üçün hüquqi məsuliyyət yaradır.

Dövlət İmtahan Mərkəzi mütəmadi olaraq bu cür səhifələrlə bağlı məlumatları müvafiq hüquq mühafizə orqanlarına təqdim edir.

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz", - deyə müraciətdə vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner