Mojo.az Banner
20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşü barədə paylaşım edilib - Video

28.05.2026 18:34 687
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndinin sakinləri ilə görüşü barədə paylaşım edilib - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü barədə paylaşım edilib.

Paylaşımda dövlət başçısının yerli sakinlərlə görüşündəki fikirlərinə yer verilib:

"Əgər o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.

Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır".


скачать dle 11.3
Mojo.az Banner