Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu - Video

23.05.2026 16:55 654
Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu - Video
Qurban bayramı ilə əlaqədar rayonlara axın edən turistlərin günlük kirayə evlərə üstünlük verməsi bölgələrdə qiymət artımına səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda kirayə evlərə tələbat xüsusilə yüksəkdir. Yerli sahibkarların sözlərinə görə, artıq yerlərin 90%-i rezerv olunub. Qiymətlərdə ötən illə müqayisədə 50-60 manatlıq fərq müşahidə edilir. Evlərin şəraitindən (həyətyanı sahə, hovuz və s.) asılı olaraq qiymətlərdə 20-30 manatlıq dəyişikliklər qeydə alınır.

Lənkəranda isə vəziyyət fərqlidir. Əvvəlki illərlə müqayisədə zənglərin sayında azalma müşahidə olunur. Burada qiymətlər evlərin şəraitinə görə dəyişir:

Sadə evlər: 50-60 manat;

Bağ evləri: 80-100 manat;

Hovuzlu evlər: 100-300 manat aralığında dəyişir.

Zaqatalada isə qiymətlər nisbətən daha münasibdir. Burada 30 manatdan başlayaraq 80 manata qədər müxtəlif büdcəyə uyğun evlər tapmaq mümkündür. Ərazidəki hotellərdə də bayram hazırlıqları görülür və qiymətlər 40-100 manat arasında dəyişir.

Turizm sektorunda çalışanların verdiyi məlumata görə, bayram günləri yaxınlaşdıqca rezervasiya üçün boş yerlərin sayı sürətlə azalır.
скачать dle 11.3
Mojo.az Banner