Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA

18.05.2026 13:13 495
Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA
Mayın 18-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb.

Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.

Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589%-ni təşkil edib.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran və Xızıda 15, Oğuzda 14, Xaltan və Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız və Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq və Gədəbəydə 4, İsmayıllı, Xaçmaz və Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.скачать dle 11.3
Mojo.az Banner