Mojo.az Banner
16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Səkkiz ildir bitməyən tikinti, satılan saxta mənzillər: Şirkət rəhbərliyi barədə CİNAYƏT İŞİ açıldı - Video

09.05.2026 13:55 2 640
Səkkiz ildir bitməyən tikinti, satılan saxta mənzillər: Şirkət rəhbərliyi barədə CİNAYƏT İŞİ açıldı - Video
Bakının Nizami rayonunda fəaliyyət göstərən tikinti şirkəti ilə bağlı ciddi qalmaqal yaranıb. "Vesta Construction" MTK-ya məxsus binada eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, Şirin Mirzəyev küçəsi, 38 ünvanında yerləşən binanın sakinləri illərdir mənzillərini təhvil ala bilmirlər. Şikayətçilər bildirirlər ki, ödənişi tam etsələr də, MTK öhdəliklərini yerinə yetirmir.

Sakinlərin iddiasına görə, Nizami Rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı ilə sözügedən ərazidəki ikimərtəbəli köhnə bina "pilot layihə" çərçivəsində sökülüb. "Vesta Construction" MMC tərəfindən yeni çoxmərtəbəli binanın tikintisinə başlansa da, işlər hələ də yekunlaşmayıb və mənzillər sahiblərinə təhvil verilməyib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, şirkət rəhbərliyinə öhdəliklərin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Artıq faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb və hazırda istintaq davam edir. İcra hakimiyyəti məsələnin həllinin nəzarətdə saxlanıldığını qeyd edib.
скачать dle 11.3
Mojo.az Banner