"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım
Bu maraqlı hadisə ilə bağlı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun rəsmi "Telegram" səhifəsində paylaşım edilib.
Mütəxəssislər bu kosmik mənzərəni zarafatyana belə şərh ediblər:
"Hazırda Günəş sistemində profilaktik təmir işləri gedir. Sağ tərəfdən uçuş həyata keçirin".
Tədqiqatçılar paylaşımı təmir xəbərdarlığına dair yol nişanı ilə onun Günəşdəki oxşarını kollaj şəklində təqdim ediblər.