Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə qadın sürücünün avtomobili mopedlə toqquşdu: Kuryer ÖLDÜ

02.05.2026 13:50 660
Gəncədə qadın sürücünün avtomobili mopedlə toqquşdu: Kuryer ÖLDÜ
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Cəvahir Dəmirçiyevanın sürücüsü olduğu "Chevrolet" markalı minik avtomobili hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Yusif Babayevin idarə etdiyi mopedlə toqquşub.

Qəza zamanı ağır xəsarətlər alan moped sürücüsü dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, həyatını itirən yeniyetmə kuryer fəaliyyəti ilə məşğul olub.

Yusif Babayevin meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə başa çatdıqdan sonra meyit ailəsinə təqdim olunub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner