Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhsullarını poçtla sifariş edən VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

30.04.2026 22:33 840
Məhsullarını poçtla sifariş edən VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
"Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir".

Bununla bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətinin istifadəçilərinə xatırlatma edib.

Bildirilib ki, buraya baytarlıq preparatları, dövlət sınağından keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də heyvan mənşəli qida məhsulları daxildir.

"İstifadəçilərə poçt göndərişini təhvil verməzdən əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və poçt rabitəsi operatorlarından müvafiq qaydalar, məhdudiyyətlər və tələb olunan sənədlər barədə məlumat almaları tövsiyə edilir.

Bildirilir ki, "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulmasına və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatoru və istifadəçilər eyni miqdarda maddi məsuliyyət daşıyırlar.

Vətəndaşların diqqətinə çatdırılır ki, bu kateqoriyadan olan məhsullar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən saxlanıla və müsadirə oluna bilər. Ona görə də hər bir istifadəçi poçt vasitəsilə göndəriş həyata keçirməzdən əvvəl əşya və malların daşınması və idxalı ilə bağlı tətbiq olunan hüquqi tələbləri dəqiqləşdirməlidir.

İKTA vətəndaşları sifariş etdikləri və ya göndərmək istədikləri məhsulların daşınmasının hüquqi rejimini əvvəlcədən yoxlamağa, zərurət yarandıqda tənzimləyici quruma, AQTA-ya və ya poçt rabitəsi operatorlarına müraciət etməyə çağırır", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner