Mojo.az Banner
15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıb

17.04.2026 17:49 579
Türkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıb
Şanlıurfa və Kahramanmaraşda məktəblərə hücumlarla bağlı aparılan əməliyyatlar çərçivəsində 411 nəfər saxlanılıb.

Median.Az
"Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

"Araşdırmalar zamanı qəsdən dezinformasiya yayan, ictimaiyyət arasında nifrət və düşmənçilik hisslərini oyandırmağa yönəlmiş paylaşımlar edən sosial media hesabları müəyyən edilib. Təhlükəsizlik Baş İdarəsi sosial mediada təhdid və çağırışlar edən ümumilikdə 411 şübhəli şəxsi saxlayıb, 1 866 sosial media ünvanına giriş bloklanıb. Təhqiramiz və təxribat xarakterli məzmunlu 307 hesab inzibatçısı da müəyyən edilib. Hadisələrlə bağlı məlumat paylaşan "C31K" qrupuna məxsus 111 "Telegram" kanalı da bağlanılıb", - deyə xəbərdə bildirilib.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.скачать dle 11.3
Mojo.az Banner