Mojo.az Banner
21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaşayış binalarında tullantılarla bağlı qadağa - "Qaydanı pozan 300 manat cərimələnəcək" - Video

15.04.2026 12:12 450
Yaşayış binalarında tullantılarla bağlı qadağa -
Mənzillərdən çıxan təmir tullantılarını və köhnə əşyaları zibil qutusuna, onun ətrafına atmaq qadağandır.

Bu qaydanı pozan şəxslər 300 manat məbləğində cərimə ediləcək.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Son günlər bəzi zibilqabılarının üzərində belə xəbərdarlıqlar qoyulub. Sakinlər bu plakatları son zamanlar gördüklərini və həmin qablara yalnız məişət zibillərini atdıqlarını deyirlər.

Bəs bu plakatları əraziyə kim yerləşdirib?

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətləri İdarəsinin baş mühəndisi İlham Qasımov bildirib ki, həmin binalar və zibilqabılar özəl şirkətə məxsusdur. Qaydaları da onlar tərtib ediblər.

Binaların komendant köməkçisi Elxan Hümbətovun sözlərinə görə, qadağan olunan hal aşkarlanarsa, hüquq mühafizə orqanlarına məlumat verilir.

Həmin zibillərin daşınması isə sakinlər tərəfindən yox, binanın öz əməkdaşları tərəfindən həyata keçirilir.
скачать dle 11.3
Mojo.az Banner