Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq

16.03.2026 13:16 912
Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq
Gürcüstanın Marneuli rayonunda bir neçə azərbaycanlının əmlakı məcburi qaydada ictimai ehtiyac üçün müsadirə olunacaq.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, Rustavi-Qırmızı körpü və Rustavi-Sadaxlı avtomobil yollarının tikintisinə görə bir neçə vətəndaşın əmlakı məcburi qaydada dövlət nəfinə keçiriləcək.

Qeyd olunur ki, Gürcüstan Avtomobil Yolları Departamentinə layihə ərazisinə düşən daşınmaz əmlak üzərində ekspropriasiya hüququ verilib.

Zəruri ictimai ehtiyac kimi qiymətləndirilən layihəyə düşən əmlaklar dövlət tərəfindən kompensasiya ödənilməklə mülkiyyətin məcburi alınması qaydasında həyata keçiriləcək.

Bildirilib ki, departament daşınmaz əmlakın satın alınması ilə bağlı xüsusi mülkiyyətçilərlə razılıq əldə edə bilmədiyi üçün ekspropriasiya yolu ilə mülkiyyət hüququnun məcburi alınmasına ehtiyac yaranıb.

Məlumata görə, qərardan bir ay ərzində Tbilisi Şəhər Məhkəməsinin inzibati işlər kollegiyasına şikayət verilə bilər.скачать dle 11.3
Mojo.az Banner