Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Dələduzluqda təqsirləndirilən "şəhid xanımı"na HÖKM OXUNDU

27.12.2025 13:33 804
Dələduzluqda təqsirləndirilən
Özünü antiterror əməliyyatında şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22 500 manatlıq dələduzluq edib.

Median.Az
-ın "Teleqraf"a istinadən məlumata görə, o, Bərdədən olan şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək, onun xanımı adı altında bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.

Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 000 manat ödəniş etməklə həmin evi onun qızına sata biləcəyini, ondan alacağı ilkin məbləğin sənədləşmə üçün xərclənəcəyini bildirib.

Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətə və onun qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.

Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütəmadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb, onu inandırmaq məqsədilə yalandan bazardan açar alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evə aid olduğunu bildirib. Rəsmiyyə Afətə açılış olmamış evə köçməyin qadağan edildiyini deyib.

Rəsmiyyə inamı itirməmək üçün tez-tez "WhatsApp"da şəhid arvadı olması görüntüsü yaradan paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub.

Rəsmiyyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılığa gələrək barışıq sazişi imzaladığını bildirib.

Məhkəmə bu əməlinə görə Rəsmiyyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə məhdudlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner