Mojo.az Banner
15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə vəhşicəsinə qətlə yetirilən Narin Güran cinayəti ilə bağlı həbs edilən üç nəfər azadlığa buraxıldı

02.10.2025 22:14 1 092
Türkiyədə vəhşicəsinə qətlə yetirilən Narin Güran cinayəti ilə bağlı həbs edilən üç nəfər azadlığa buraxıldı
Türkiyənin Diyarbəkir vilayətində vəhşicəsinə qətlə yetirilən səkkizyaşlı Narin Güranın məhkəmə işi ilə bağlı həbs edilən 3 nəfər azadlığa buraxılıb.

Bu barədə Median.Az "Haber Global"-a istinadən xəbər verir.

Məlumata görə, Diyarbəkir Bölgə Ədliyyə Məhkəməsinin 7-ci Cəza Dairəsi Narin Güran cinayəti işi ilə bağlı "Cinayətkarı ört-basdır etmə" ittihamı üzrə azadlıqdan məhrumetmə şəklində mühakimə olunan dayısının (xalasının, əmisinin, bibisinin) uşağı Birsen Güran, əmisi Fuat Güran və əmisinin arvadı Maşallah Güranın azadlığa buraxılmasına qərar verib.

Məhkəmə təqsirləndirilən şəxslərin həbsdə saxlanmasına ehtiyac olmadığını bildirib və qanuni prosedurlardan sonra onların sərbəst qalmalarına hökm verib.

Xatırladaq ki, 2024-cü il avqustun 21-də Diyarbəkirin Tavşantəpə kəndindəki Quran kursuna getdikdən sonra yoxa çıxan səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra Egertutmaz dərəsində çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı.

Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olub. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

Məhkəmənin hökmü ilə mərhumun anası Yüksel, böyük qardaşı Enes, əmisi Səlim Güran və Nevzat Bəxtiyar "Uşağın qəsdən öldürülməsində iştirak" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner