Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində dağda itən turistin ekstremal şəraitdə sağ qalmasının SİRRİ

28.02.2025 12:20 1 137
Çində dağda itən turistin ekstremal şəraitdə sağ qalmasının SİRRİ
Çində dağda azan və 10 gün yol axtaran gənc turist diş məcunu ilə qar yeyərək sağ qalıb.

Bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.

Bildirilir ki, 18 yaşlı çinli Sun Lyan Şensi əyalətindəki Tsinlin dağ silsiləsi boyunca çətin marşrutu tək qət etməyə cəhd edib. İki gün sonra elektron cihazlarının batareyası bitdikdə onun ailəsi ilə əlaqəsi kəsilib. Turist çay boyu aşağı enməyə çalışsa da, bir neçə dəfə yıxılıb və sağ qolunu sındırıb.

Soyuq küləkdən qorunmaq üçün o, böyük bir qayanın arxasında quru saman və yarpaqlardan yataq düzəldib. Sun Lyan arxdan su içib, diş məcunu və qar yeyərək sağ qalmağı bacarıb. Xilasedicilər onu 10 gün sonra tapıblar.

Gəncin getdiyi 170 km-lik piyada marşrutu gözlənilməz hava şəraitinə görə Çində ən çətin beş yoldan biri hesab olunur. Qeyd olunur ki, son 20 ildə bu təhlükəli cığırda 50-dən çox turist itkin düşüb və ya həlak olub.

Məlumata görə, 30-dan çox insanın iştirak etdiyi xilasetmə əməliyyatı ekstremal idmançının ailəsinə 80 min yuana (təxminən 18.7 min manat) başa gəlib.скачать dle 11.3
Mojo.az Banner