Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Emin Ağalarov: “Crocus Group”a terror aktı nəticəsində dəyən zərər 200 milyon dollara yaxındır

27.02.2025 19:34 939
Emin Ağalarov: “Crocus Group”a terror aktı nəticəsində dəyən zərər 200 milyon dollara yaxındır
“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Crocus City Hall”da törədilən terror aktı nəticəsində şirkətə təxminən 150-200 milyon dollar zərər dəydiyini açıqlayıb.

O, bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib.

“Bu, terror biznes nöqteyi-nəzərindən “Crocus Group”a dağıdıcı təsir göstərdi. Çünki terror hücumundan sonra ərazidəki bütün obyektlərin işi iflic oldu, eləcə də gələnlərin sayı azaldı”, - o bildirib.

E.Ağalarov qeyd edib ki, konsert zalı gəlir gətirən biznes deyil: “Ən yaxşı ilində o, 1 milyon dollar gəlir gətirdi. Bərpa üçün böyük maliyyə resursları, on milyonlarla dollar tələb olunacaq. Ancaq mənbəyi “bugünkü maliyyə reallıqlarında” bəlli deyil. Ona görə də bərpa olunması ilə bağlı hələ qərar verilməyib”.

Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.скачать dle 11.3
Mojo.az Banner