Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək

18.02.2025 19:58 912
Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək.

Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, QMİ sədri A.Paşazadə Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19 və 20-də Manama şəhərində "Bir ümmət, bir tale" şüarı altında keçiriləcək İslam-İslam Dialoqu Konfransında iştirak edəcəkdir.

Əl-Əzhərin Böyük İmamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin İslam-İslam (İslamdaxili) dialoqu təşəbbüsü əsasında Əl-Əzhər Əl-Şərif, İslam Məsələləri üzrə Ali Şura (Bəhreyn) və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq konfransda dünyanın tanınmış üləmaları, mərceyi-təqlidləri, mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edəcəklər. Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə təmin qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda Şeyxülislam A. Paşazadə məruzə ilə çıxış edəcəkdir. Səfər çərçivəsində QMİ sədrinin Bəhreyn Krallığının rəsmiləri ilə görüşləri və digər ikitərəfli ünsiyyətləri nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner