Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Çernobıl Atom Elektrik Stansiyasında partlayışın baş verdiyi TƏSDİQLƏNDİ

14.02.2025 14:45 1 308
Çernobıl Atom Elektrik Stansiyasında partlayışın baş verdiyi TƏSDİQLƏNDİ
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Çernobıl Atom Elektrik Stansiyasında (AES) partlayışın baş verdiyini təsdiqləyib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumatda qeyd olunur ki, fevralın 14-də yerli vaxtla 1:50 radələrində MAQATE-nin Çernobıldakı əməkdaşları dağılmış enerji blokunun üstündəki sarkofaqdan partlayış səsini eşitdiklərini və bunun yanğına səbəb olduğunu müşahidə ediblər.

Volodimir Zelenski Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) Çernobıl Atom Elektrik Stansiyasının qoruyucu sarkofaqını vurduğunu açıqlayıb.

V. Zelenski bu barədə öz "Telegram" kanalında yazıb.

Ukrayna prezidenti qeyd edib ki, yüksək partlayıcı döyüş başlığına malik pilotsuz təyyarə Çernobıl Atom Elektrik Stansiyasının dağıdılmış dördüncü enerji blokunun üstündəki izolyasiya konstruksiyasını vurub.

Ukrayna prezidenti həmçinin zərbə anını və pilotsuz təyyarənin zərbəsinin nəticələrini əks etdirən videonu paylaşıb.

V.Zelenski bildirib ki, zərbə nəticəsində sığınacaq xeyli ziyan görüb.

O əlavə edib ki, PUA hücumu nəticəsində meydana gələn yanğın söndürülüb.

"Hazırda radiasiya səviyyəsi norma həddini keçmir" - V.Zelenski vurğulayıb.

Öz növbəsində MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, atom elektrik stansiyada baş verən insident nüvə təhlükəsizliyi sahəsində risklərin qaldığını bir daha sübut edir.скачать dle 11.3
Mojo.az Banner