Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Çernobılda qəza vaxtı AES-in direktoru olan Viktor Bryuxanov vəfat edib

13.10.2021 22:36 1 941
Çernobılda qəza vaxtı AES-in direktoru olan Viktor Bryuxanov vəfat edib
1986-cı il nüvə qəzası zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Çernobıl AES-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 1985-ci ildə stansiyanın ilk direktoru Viktor Bryuxanov bu gün 84 yaşında dünyasını dəyişib.

Bryuxanov 1970-ci ildə Çernobıl Atom Elektrik Stansiyasına işə başlayıb. Əvvəlcə tikintiyə, bundan sonra isə 1986-cı ilin aprelinə qədər stansiyaya rəhbərlik edib. Çernobıl Atom Elektrik Stansiyasında baş verən nüvə qəzasından sonra oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasındakı qəza 26 aprel 1986-cı ildə baş verib. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb olub.скачать dle 11.3
Mojo.az Banner