Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb

22.01.2025 17:40 1 239
Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb
"Meymunçiçəyi virusuna qarşı peyvəndlər, ümumiyyətlə, çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virus genetik cəhətdən çox oxşardır".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin edir:

"Bu çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəf aldığından, meymunçiçəyi virusuna qarşı immun reaksiyası da yarada bilər. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır".

Mütəxəssis-ekspert bildirib ki, ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib:

"Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə, vaksinlər istehsal olunur və yalnız bu vaksin endemik ölkələrə paylanılır. Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil".

Terapevt, xəstəliyin Qərbi Afrika ştamı, ümumiyyətlə, daha yüngül simptomlarla özünü göstərdiyini deyib.

"İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır".

Z.Quliyev qeyd edib ki, immun sistemi zəif olan xəstələrdə, yanaşı xəstəliyi olan yaşlı insanlarda antiviral terapiya və dəstəkləyici müalicənin sürətlə başlaması vacibdir.скачать dle 11.3
Mojo.az Banner