Mojo.az Banner
20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |     18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ

22.11.2024 18:40 1 863
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən İntiqam Nəbiyev və onun xalası oğlu Fikrət Quliyevin (hər iki şəxsin ad və soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İntiqam Nəbiyev 4 il və Fikrət Quliyev isə 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər. Fikrət Quliyev məhkəmə zalında həbs olunub.

İttihama görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 14:00-da Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İntiqam Nəbiyev evlənmək məqsədilə zərərçəkmiş Sənubər Hacıyevanı (şərti) qaçırmaq qərarına gəlib. O, xalası oğlu Fikrət Quliyevlə birgə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı yolda qızın işə gedərkən qarşısını kəsib. Sonra İntiqam zərərçəkmişi xalası oğlunun idarə etdiyi "Opel Astra" avtomobilinə zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub əyləşdirib. Daha sonra Fikrət maşını idarə edərək hadisə yerindən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fikrətin idarə etdiyi maşın saxlanılıb.

Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib, İntiqam Nəbiyevin barəsində həbs, Fikrət Quliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner